IMG-LOGO

Venesuelada fövqəladə vəziyyət elan edilib

03 Jan 2026 11:46 3 baxış
IMG

Venesuela Prezidenti Nikolas Maduro Venesuelaya hücumla əlaqədar fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto bildirib.

"Prezident Nikolas Maduro Venesuela Konstitusiyasına, fövqəladə vəziyyətlər və milli təhlükəsizlik haqqında qanuna ciddi şəkildə uyğun olaraq, müvafiq vaxt və şəraitdə həyata keçirmək üçün bütün milli müdafiə planlarını aktivləşdirib", - o yazıb.

"Venesuela Bolivar Respublikası Birləşmiş Ştatların hazırkı hökuməti tərəfindən ölkənin paytaxtı Karakas şəhərinin mülki və hərbi bölgələrində, həmçinin Miranda, Araqua və La Quayra ştatlarında Venesuela ərazisinə və əhalisinə qarşı törədilmiş son dərəcə ağır hərbi təcavüzü pisləyir və beynəlxalq ictimaiyyətə bəyan edir", - Pinto bildirib.

Xəbər lenti