IMG-LOGO

"Toronto" klubunun hücumçusu MHL-də rekorda imza atıb

03 Jan 2026 10:59 2 baxış
IMG

"Toronto" klubunun hücumçusu Oston Mettyus MHL-də amerikalı oyunçular arasında het-triklər üzrə rekorda imza atıb.

"Report" xəbər verir ki, 28 yaşlı hokkeyçi müntəzəm mövsümün "Vinnipeq"ə qarşı oyununda 3 qol vuraraq komandasının 6:5 hesablı qələbə qazanmasına kömək edib.

Bu, Mettyusun MHL-də 14-cü het-triki olub. O, əvvəlki rekordçu Pet Lafonteyni (13) üstələyib.

Amerikalı hokkeyçilərdən Con Lekler, Co Mallen və Kevin Stivensin hesabında 11 het-trik var.

Xəbər lenti