IMG-LOGO

Ukraynada 10 mindən çox dinc sakin həlak olub

11.01.2024 18:59 69 baxış
IMG

Ukraynada müharibə başlayandan bəri 10200-dən çox dinc sakin həlak olub, 19300-dən çox insan yaralanıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin direktoru Edem Vosornunun hesabatında deyilir.

Qeyd olunur ki, təkcə 2023-cü ilin dekabr ayının sonundan indiyədək Rusiyanın zərbələri nəticəsində 125 nəfər ölüb, 550-dən çox insan yaralanıb. İki ilə yaxın müharibə zamanı həlak olanlar arasında 575 uşaq da var.

BMT sözçüsü bildirib ki, Rusiya hücumlarının son dalğası yardım əməliyyatlarını daha da çətinləşdirib və yardım işçilərinə mane olub.  

Xəbər lenti