Özəl helikopter ABŞ-nin Arizona ştatının Finiks şəhəri yaxınlığındakı dağlıq ərazidə qəzaya uğrayıb.
"Report"un xəbərinə görə, bu barədə "ABC News" məlumat yayıb.
Hadisə yerli vaxtla təxminən saat 11:00-da baş verib. Təyyarədə dörd nəfər olub, lakin onların aqibəti məlum deyil.
Təcili yardım xidmətləri hadisə yerinə çatmağa çalışır.
Hadisəni Nəqliyyatda Təhlükəsizlik Milli Şurası araşdıracaq.