IMG-LOGO

NASA rəhbəri: ABŞ astronavtları Aya ən uzun səyahət edəcəklər

03 Jan 2026 03:07 4 baxış
IMG

Amerikalı astronavtlar 2026-cı ildə ABŞ-nin indiyə qədər həyata keçirdiyi ən uzun kosmik səyahətə çıxacaqlar - onlar qalmağı planlaşdırdıqları Aya bir daha yola düşəcəklər.

"Report"un məlumatına görə, bu barədə ABŞ federal hökumətinin müstəqil agentliyi olan Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA) administratoru Cared Ayzekman "X" sosial media səhifəsində yazıb.

"Bu il Amerika astronavtları tarixdə ən uzun kosmik səyahət edəcək və Ay ətrafındakı kosmosa qayıdacaqlar. Bu dəfə biz qalacağıq", - paylaşımda bildirilir.

Ayzekman qeyd edib ki, bu tədbir ABŞ-nin yaranmasının 250 illiyini qeyd olunduğu ildə baş tutacaq.

Xəbər lenti