IMG-LOGO

KİV: Anjelina Coli "Rəfah" nəzarət-buraxılış məntəqəsinə gedib

03 Jan 2026 01:28 2 baxış
IMG

Kinoaktrisa Anjelina Coli humanitar missiya ilə Misir və Qəzza zolağı arasındakı sərhəddəki "Rəfah" nəzarət-buraxılış məntəqəsinə baş çəkib.

"Report"un məlumatına görə, bu barədə Misirin "Əl-Youm əs-Səbiə" portalı xəbər verib.

Aktrisa səfər zamanı Şimali Sinay vilayətinin qubernatoru Xalid Müqavirlə görüşüb və onunla birlikdə Qəzza sakinləri üçün humanitar yardım ləvazimatlarının saxlanıldığı Misirin Qızıl Aypara Cəmiyyətinin anbarlarını gəzib. Coli həmçinin anklavdan təxliyə edilən və Misirin Əl-Əriş şəhərində müalicə alan yaralı fələstinliləri də ziyarət edib.

Aktrisa beynəlxalq ictimaiyyəti zolağa yardım çatdırılmasını artırmağa çağırıb və Misirin Qəzzadakı fələstinlilərə kömək etmək səylərinə görə təşəkkür edib.

Xəbər lenti