Cənubi Keçid Şurası (CKŞ) 2 il ərzində Cənubi Yəmənin müstəqilliyi ilə bağlı referendumu keçirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Yəmənin separatçı CKŞ-nin rəhbəri Aydarus əz-Zubaidi bildirib.
Onun sözlərinə görə, iki illik keçid dövrünün ardınca ölkənin cənubunda müstəqillik referendumu keçiriləcək.
Bu bəyanat Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə CKŞ qüvvələri arasında Hədraməvt uğrunda döyüşlərdən sonra yayılıb. Aydarus əz-Zubaidi beynəlxalq ictimaiyyəti ölkənin cənubundakı əhalinin hüquqlarını təmin edəcək növbəti addımlar və mexanizmlər haqqında danışıqları dəstəkləməyə çağırıb.