IMG-LOGO

Yəmənin hökumət qüvvələri Hədraməvtdə separatçıları düşərgədən çıxarıb

02 Jan 2026 21:43 5 baxış
IMG

Yəmənin "Vətən qalxanı" hökumət qüvvələri Cənub Keçid Şurasının (CKŞ) separatçı dəstələrini sıxışdırıb çıxararaq Hədraməvt vilayətinin qərbində yerləşən Əl-Həşaada əsas dayaq nöqtəsi olan 37-ci briqada düşərgəsini nəzarətə götürüb.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Məlumata görə, qubernatoru və əməliyyat komandanı Salem əl-Hənbaşi bildirib ki, hökumət qüvvələri "müqavimət ocaqları" ilə qarşılaşıblar, lakin onları sıxışdıra biliblər və Seyyun şəhəri istiqamətində irəliləyiblər.

"Biz Cənub Keçid Şurasına tabe olan qüvvələrini qan tökülməsinin qarşısını almaq üçün mövqelərini tərk etməyə çağırırıq", - o deyib.

Telekanalın mənbələrinin bildirdiyinə görə, "Vətən qalxanı" bölmələrinin hücumu havadan dəstəklənir. Xüsusilə, birinci hərbi dairənin məsuliyyət zonasında (Hədraməvt vilayətinin şimal hissəsi) separatçıların mövqelərinə iki hava zərbəsi endirilib.

Xəbər lenti