IMG-LOGO

Quterreş Rusiya-Ukrayna münaqişəsində ölənlərin sayının artımından narahatdır

02 Jan 2026 19:05 4 baxış
IMG

BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın Xerson vilayətinin Xorlı şəhərində baş verən hadisədən danışıb.

"Report"un məlumatına görə, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik bildirib.

Onun sözlərinə görə, baş katib Rusiya-Ukrayna münaqişəsində mülki əhali arasında itkilərin artmasından, eləcə də həm Ukraynada, həm də Rusiyada hücumlar nəticəsində enerji obyektləri və limanlar da daxil olmaqla, zəruri mülki infrastrukturun dağıdılmasından dərin narahatlığını bildirib.

"Beynəlxalq hüquqa əsasən mülki şəxslərə və mülki infrastrukturlara hücumlar qadağandır. Harada baş verməsindən asılı olmayaraq, bunlar qəbuledilməzdir və dayandırılmalıdır", - Dujarrik vurğulayıb. O, bildirib ki, A.Quterreş Rusiya-Ukrayna müharibəsinə son qoyulmasına çağırış edib.

Xəbər lenti