IMG-LOGO

Özbəkistan növbəti 5 il üçün ixrac və turizm inkişafının məqsədlərini açıqlayıb

02 Jan 2026 17:27 4 baxış
IMG

Özbəkistan 2026-2030-cu illərdə ixrac həcmini 40 milyard dollardan 67 milyard dollara qədər artırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə özbək KİV-i "Özbəkistan-2030" Strategiyasına istinadən məlumat yayıb.

Proqrama əsasən, ixrac fəaliyyəti ilə məşğul olan müəssisələrin sayının fəal şəkildə artırılması planlaşdırılır. 2026-cı ildə onların sayı 7,7 min, 2030-cu ildə isə 15 minə çatacaq.

Həmçinin qeyd olunub ki, Özbəkistana səfər edən xarici turistlərin sayının 2026-cı ildəki 12 milyondan 2030-cu ildə 20 milyon nəfərə çatdırılması planlaşdırılır. Strategiya xüsusi olaraq ziyarət turizminə diqqət ayırır, bu sahənin 2026-cı ildəki 2 milyon ziyarətçidən 2030-cu ildə 3 milyon nəfərə qədər artacağı gözlənilir.

Özbəkistan həmçinin vətəndaşlarının beynəlxalq səfərlər üçün imkanlarını genişləndirmək və sərhəd keçidi prosedurlarını sadələşdirmək niyyətindədir.

Sənədə uyğun olaraq, 2030-cu ildə Özbəkistan vətəndaşları 50 ölkəyə vizasız səfər edə biləcəklər (2026-cı ildə - 37 ölkə). Eyni zamanda, Özbəkistana sadələşdirilmiş giriş qaydası olan dövlətlərin siyahısının genişləndirilməsi planlaşdırılır: 2026-cı ildəki 45 ölkədən 2030-cu ildə 60 ölkəyə qədər.

Xəbər lenti