Yəmən prezidentinin müşaviri Sabit Əl-Əhmadi bildirib ki, Cənubi Keçid Şurası ehtiyatsız hərəkətlər edib.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
"Cənubi Keçid Şurası intihar addımı atıb və bu, həmin strukturun siyasi qüvvə deyil, silahlı birləşmə olduğunu təsdiqləyir", - müşavir deyib.
Qeyd edək ki, əvvəllər Yəmənin Prezident Rəhbərlik Şurasını dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya, şərqi Hədraməvt vilayətində Cənubi Keçid Şurasından olan cənub separatçılarının mövqelərinə bir neçə hava zərbəsi endirmişdi.