IMG-LOGO

Azərbaycan etilen istehsalını 12 % artırıb

02 Jan 2026 16:19 4 baxış
IMG

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 141,3 min ton etilen istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.

Ötən il dekabr ayının 1-nə, ölkədə 1,1 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 129,5 min ton etilen istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 21,8 % azdır.

Xəbər lenti