IMG-LOGO

Seulda yol qəzası nəticəsində təxminən 10 nəfər xəsarət alıb, ölən var

02 Jan 2026 16:36 5 baxış
IMG

Cənubi Koreyanın paytaxtı Seulda baş verən yol qəzası nəticəsində bir nəfər ölüb, daha doqquz nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, taksi avtomobilə çırpıldıqdan sonra piyada keçidindəki işıqfora dəyib. Daha sonra başqa bir avtomobili vurub.

Qəza nəticəsində 40 yaşlı qadın ölüb.

Xəsarət alanların dördü xəstəxanaya yerləşdirilib, onlar alanlar arasında Hindistan və bir neçə İndoneziya vətəndaşı var.

Xəbər lenti