Yanvarın 2-si saat 14:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Hazırda Bakıda və Abşeron yarımadasında sulu qar, Şahdağ, Xaltan, Xaçmaz, Quba, Qusar, Xınalıq, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Qubadlı, Qobustan, Ağsu, Şamaxı, Qəbələ, Gədəbəy, Daşkəsən, Tovuz, Şabran, Altıağac, Göygöl, Yardımlı, Lerik, İsmayıllı, Qax, Şəki, Naxçıvan MR-da qar, Göyçay, Lənkəran, Kürdəmir, Neftçala, Astara, İmişli, Biləsuvar, Sabirabadda isə yağış yağır.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Mingəçevirdə 25, Bakıda və Abşeron yarımadasında 24, Qaxda 23, Culfa, Yevlax, Şabranda 17, Altıağacda 16 m/s-dək güclənir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta qeydə alınır.
Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.
*** 10:48
Yanvarın 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bildirilib ki, hazırda bəzi yerlərdə qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 38, Qaxda 25, Qusar, Gədəbəydə 20, Zaqatalada (Əlibəy kəndi) 18, Daşkəsəndə 13, Xınalıq, Qrızda 10, Şahdağda 9, Göygöl, Sədərəkdə 6, Kəlbəcər, Laçın, Qubadlı, Şəkidə 5, Quba, Xaltan, Ordubadda 3, Ceyrançöl, Naxçıvanda 2, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Şabran, Balakən, Culfa, Şuşa, Xankəndidə 1 sm-dir.
Ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Goranboy, Tərtərdə 23 m/s, Bərdə, Neftçala, Şahdağ, Naftalan, Şabranda 20 m/s, Daşkəsən, Mingəçevir, Gəncə, Ağdamda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şəkidə 15 m/s-dək güclənir.
Şərur, Xaltan, Daşkəsən, Göygöl, Gəncə, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Yardımlı, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşır.
Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin tədricən mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.
Hava proqnozu