IMG-LOGO

Respublikaçıların 49%-i Trampın ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsini dəstəkləyir

11.01.2024 07:50 60 baxış
IMG

Amerikanın keçmiş lideri Donald Trampın ABŞ-ın ən yüksək hökumət postuna Respublikaçılar Partiyasının namizədi kimi irəli sürülməsini onun ölkədəki tərəfdarlarının 49%-i dəstəkləyib.

“Report” xəbər verir ki, bunu “Reuters” və “Ipsos”un birgə keçirdiyi sosioloji sorğunun nəticələri sübut edir.

Sorğunu nəticələrinə görə, respondentlərin 12 faizi ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylinin, 11 faizi Florida qubernatoru Ron Desantisin, 4 faizi iş adamı Vivek Ramasvaminin, daha 4 faizi isə Nyu-Cersinin keçmiş qubernatoru Kris Kristinin Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsini dəstəkləyib.

Sorğu iştirakçılarının 22%-i digər siyasətçiləri dəstəkləyib və ya cavab verməyib.

Qeyd edək ki, artıq Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi ABŞ-də keçiriləcək prezident seçkilərindəki namizədliyi geri götürüb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti