Şimali Koreya yanvarda bərk yanacaqla işləyən orta mənzilli ballistik raketi sınaqdan keçirə və bir il ərzində qitələrarası ballistik raket buraxa bilər.
“Report”un məlumatına görə, bunu “Yonhap” agentliyinə müsahibəsində Koreya Respublikasının müdafiə naziri Şin Von Sik deyib.
“Şimali Koreya yeni tipli orta mənzilli ballistik raketini sınaqdan keçirmək üçün hazırlığını davam etdirir. Bunun ilin əvvəlində baş verməsi ehtimalı var. Bunun erkən tarixdə baş verə biləcəyini istisna etmək olmaz. Yanvar”, - nazir bildirib.
O xatırladıb ki, raket mühərrikləri noyabrda sınaqdan keçirilib.
Bizim WhatsApp kanalımıza abunə olun