2022-ci ilin fevralından bəri Ukraynada səfərbərlikdən qaçmağa çalışan ən azı 19 nəfər Rumıniya sərhədindəki Tisa çayında boğulub.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“2022-ci ilin fevral ayından Tisada 19 kişi həlak olub. Ona görə də sizdən sərhədi keçməyin təhlükəsiz olacağını iddia edən fırıldaqçılara inanmamağınızı və özünüzü təhlükəyə atmamanızı xahiş edirik”-deyə, məlumatda vurğulanıb.
Xəbərdə o da qeyd olunub ki, çərşənbə günü sərhədçilər yarı huşunu itirmiş kişini çaydan çıxarıblar. O, sərhədi keçməkdə kömək üçün 5 min dollar ödədiyini, lakin sərhədi vəd edilən rəsmi keçid məntəqəsindən keçmək əvəzinə, Tisa çayını qaranlıqda keçmək təklif edilib.
Bizim Telegram kanalımıza abunə olun