IMG-LOGO

ABŞ müttəfiqləri ilə husilərə qarşı tədbirləri müzakirə edəcək

11.01.2024 05:18 52 baxış
IMG

“ABŞ müttəfiqləri və tərəfdaşları ilə Yəmənin husi üsyançıları Qırmızı dənizdə gəmilərə hücumlarını dayandırmasalar, onlara qarşı əlavə addımları müzakirə edəcək”.

“Report”un məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O qeyd edib ki, ABŞ beynəlxalq ticarətlə məşğul olan gəmilər üçün Qırmızı dənizdən təhlükəsiz keçidi təmin etmək öhdəliyinə sadiqdir:

“Bu hücumlar davam edərsə, müttəfiqlərimiz və tərəfdaşlarımızla müvafiq növbəti addımlar barədə koordinasiya etməyə və yaxından məsləhətləşməyə davam edəcəyik. Vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün ən yaxşı həll husilərin hücumlarını dayandırmaqdır. Amerika səlahiyyətliləri regionda gərginliyin artmasının qarşısını almağa üstünlük verəcək”.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti