Ekvador ümumilikdə 200 milyon dollar dəyərində yeni texnikalar müqabilində Rusiya istehsalı olan avadanlıqları ABŞ-a təhvil verəcək.
“Report” xəbər verir ki, bunu Ekvador prezidenti Daniel Noboa “Canela” radiosuna açıqlayıb.
“Bəli, ABŞ-dan kömək var. Birincisi, Ukrayna və Rusiya metal qırıntılarının 200 milyon dollar dəyərində müasir avadanlıqla mübadiləsi aparılacaq”, - o, deyib.
Noboa bildirib ki, müqavilənin bu ayın sonuna qədər tamamlanacağı gözlənilir.
2023-cü ilin yanvarında ABŞ-ın Cənub Komandanlığının rəhbəri general Laura Riçardson Venesuela, Kuba, Nikaraqua və daha 6 Latın Amerikası ölkəsinin Rusiya silahlarına sahib olduğunu və ABŞ-ın bu Rusiya silahlarını Amerika silahları ilə əvəz etmək üzərində çalışdığını bildirib.
ABŞ isə öz növbəsində bu ölkələrdən alacağı silahları Ukraynaya təhvil vermək istəyir.
Bizim WhatsApp kanalımıza abunə olun