IMG-LOGO

İsrail ordusu: Qəzzada öldürülən Əl-Cəzirə müxbirləri terrorçu olub

11.01.2024 02:18 58 baxış
IMG

İsrail ordusunda Qətər telekanalının Əl-Cəzirə telekanalının bir müddət əvvəl Qəzza zolağında ölən iki jurnalistinin terror fəaliyyətində iştirak etdiyi barədə məlumat var.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bu yaxınlarda (7 yanvar 2024-cü il - Qeyd) İsrail qoşunları Rəfah bölgəsində düşmənə məxsus pilotsuz uçan aparatı aşkar edib. Həmin PUA yaxınlıqdakı qoşunlar üçün təhlükə yaradıb. PUA-nın idarə edilən məntəqənin sıradan çıxarılması üçün İsrail təyyarəsi həmin əraziyə göndərilib. Daha sonra Fələstin mediası jurnalistlər Həmzə əl-Dahduh və Mustafa Suryanın bombalanma zamanı həlak olduğunu bildirib”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, hər iki jurnalist İsrail hərbçiləri üçün təhlükə yaradan PUA-ların idarə edirmiş:

“Mustafa Surya Qəzza şəhərində HƏMAS briqadasının üzvü və əl-Qadisiyyə batalyonunun komandir müavini olub, Həmzə əl-Dahduh isə radikal İslami Cihad qruplaşmasının fəaliyyətlərində iştirak edib”.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti