IMG-LOGO

Magistralda TIR qadını vurub öldürdü

11 Jan 2024 01:34 149 baxış
IMG

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə "Ensonhaber" məlumat yayıb.

Hadisə Tarsus-Adana-Gaziantep magistralının Adana şəhərindən keçən hissəsində qeydə alınıb. 

Yolu keçmək istəyən qadını TIR vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti