IMG-LOGO

Sallivan: “ABŞ Ekvadorda zorakılığın artmasını pisləyir”

11.01.2024 00:30 59 baxış
IMG

ABŞ Ekvadorda zorakılığın artmasını pisləyir və günahkarların məsuliyyətə cəlb edilməsi üçün əməkdaşlığın genişləndiriləcəyinə ümid edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan "X" sosial şəbəkəsində bildirib.

“Biz silahlı qruplaşmaların özəl, ictimai və dövlət qurumlarına qarşı son hücumlarını qətiyyətlə pisləyirik. Biz ekvadorluların təhlükəsizliyini və rifahını dəstəkləməyə və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün tərəfdaşlarla əməkdaşlığı gücləndirmək siyasətinə sadiqik”, - C.Sallivan yazıb.

We strongly condemn the recent criminal attacks by armed groups in Ecuador against private, public, & government institutions. We are committed to supporting Ecuadorians’ security & prosperity & bolstering cooperation w/partners to ensure the perpetrators are brought to justice.

— Jake Sullivan (@JakeSullivan46) January 10, 2024 Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti