IMG-LOGO

Nyu-Yorkda səyyar konsulluq xidməti təşkil olunacaq

10.01.2024 23:19 57 baxış
IMG

ABŞ-nin Nyu-York şəhərində növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunacaq.

"Report"un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunan səyyar konsulluq xidməti 18 yanvar tarixdə baş tutacaq.

Nyu-York və ətraf ərazilərdə yaşayan həmvətənlərimizə qəbul çərçivəsində pasportların rəsmiləşdirilməsi, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.

Səfirlik "X" sosial platforması üzərindən ABŞ-də yaşayan azərbaycanlılara müraciət edib, onlara tələbləri ilə bağlı səfirliklə əlaqə saxlayaraq görüş vaxtının təyin olunmasını xahiş edib.

Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin səyləri nəticəsində 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilir. Səfir "Report"a açıqlamasında səyyar konsulluq xidməti vasitəsi ilə qısa zamanda səfirliyin aktiv fəaliyyəti nəticəsində ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri ilə sıx əlaqələr qurulduğunu və onları narahat edən problemlərə aydınlıq gətirildiyini bildirib: "ABŞ-nin onlarla qərb, cənub şəhər və ştatlarında, Çikaqoda,Texasda, Bostonda, Nyu-Yorkda artıq səyyar konsulluq xidmətləri həyata keçirmişik və bu fəaliyyətimizin əhatə dairəsini genişləndirəcəyik".

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti