Almaniya 2023-cü ilin sonunda Səudiyyə Ərəbistanına silah tədarük etməyə razılaşıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumatı Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt jurnalistlərə açıqlamasında təsdiqləyib.
Bu, 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasında jurnalist Camal Qaşıqçının qətlindən sonra ilk belə hal olacaq.
Daha əvvəl belə məlumatı “Der Spiegel” jurnalı yaymışdı. Məlumata görə, Almaniya həmçinin “Diehl Defence” şirkətinin istehsalı olan 150 ədəd “IRIS-T” raketinin tədarük edilməsinə icazə verib.
Bizim Telegram kanalımıza abunə olun