IMG-LOGO

Abbas və Blinken Qəzzadakı vəziyyətlə bağlı danışıqlara başlayıblar

10.01.2024 14:16 59 baxış
IMG

Fələstin lideri Mahmud Abbas ABŞ dövlət katibi Antoni Blinkeni İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərindəki iqamətgahında qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, danışıqlar Qəzza zolağındakı və İordan çayının qərb sahilindəki vəziyyətin gərginləşməsi müzakirələrin əsas mövzusu olub.

Qeyd edək ki, ABŞ dövlət katibi İsrail rəhbərliyi ilə keçirdiyi bir sıra görüşlərdən sonra Ramallaha gəlib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti