IMG-LOGO

Blinken: BMT məhkəməsində İsrailə qarşı iddia münaqişənin həllindən yayındırır

10.01.2024 04:08 52 baxış
IMG

Birləşmiş Ştatlar hesab edir ki, Cənubi Afrika Respublikasının Qəzza zolağındakı hərəkətlərinə görə İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddia dünya ictimaiyyətinin diqqətini anklavdakı münaqişənin həllindən yayındırır.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken Tel-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.

"Biz hesab edirik ki, Beynəlxalq (BMT) Məhkəməsində İsrailə qarşı işin açılması dünyanı bütün bu mühüm səylərdən yayındırır", - Blinken deyib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti