IMG-LOGO

İordaniya-Misir-Fələstin sammiti Akabada keçiriləcək

10.01.2024 02:54 66 baxış
IMG

Yanvarın 10-da İordaniyanın Akaba şəhərində İordaniya Kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin lideri Mahmud Abbasın iştirakı ilə üçtərəfli sammit keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İordaniya monarxının Ofisindən məlumat verilib.

Məlumata görə, tərəflər “Qəzza zolağı və İordan çayının qərb sahilindəki son hadisələri” müzakirə edəcəklər.

Görüş İordaniyanın "Qəzza zolağında dərhal atəşkəs" əldə etmək və ora davamlı olaraq humanitar yardım çatdırmaq səyləri çərçivəsində baş tutacaq.

Yaxın Şərq liderlərinin gözlənilən görüşünün digər təfərrüatları hələ açqlanmır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti