Braziliyanın Bahia ştatında turist avtobusunun yük maşını ilə toqquşması azı 25 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.
Məlumata görə, həlak olanlardan 3-ü yük maşınının, 22-i isə avtobusun sərnişinləridir. Ölənlər arasında uşaqlar və hamilə qadınlar da var.
Daha 5 nəfərin yaralandığı deyilir.
Qəzanın səbəbləri hələ müəyyən edilməyib.
Portalın məlumatına görə, avtobus sərnişinləri okeana səyahətdən qayıdırmışlar. Şəhərdə üç günlük matəm elan edilib.