IMG-LOGO

2024-cü ildə dünyada hansı hərbi münaqişələr baş verə bilər?

07.01.2024 18:49 63 baxış
IMG

Ekspert yeni silahlı münaqişələrin harada başlaya biləcəyini açıqlayıb.

Bu il çox təəssüf ki, silahlı münaqişələr azalmayacaq. Eyni zamanda, planetin müxtəlif yerlərində yeni hərbi əməliyyatlar başlaya bilər.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Hərbi ekspert Anatoli Amelin 2024-cü ildə planetdə “qaynar nöqtələr”lə bağlı proqnozunu açıqlayıb.

Qəzza zolağında İsrail və HƏMAS terror qruplaşması arasında müharibədən əlavə, dünya aşağıdakı münaqişələrlə üzləş bilər:

Ukrayna və Rusiya arasında müharibə

Rusiya qoşunlarının Ukraynada hərbi əməliyyatlara başlamasından təxminən iki il keçir. Döyüşlər gələn il də davam edəcək. Ukrayna Silahlı Qüvvələri Moskvanın ələ keçirdiyi əraziləri azad etmək üçün yeni əks-hücum əməliyyatı keçirməyə çalışacaq.

Yəməndə müharibənin davamı

İsrailin Qəzzada hərbi kampaniyası və husi üsyançılarının Yəməndəki fəaliyyəti Bab-əl-Məndəb boğazı və Süveyş kanalı vasitəsilə qlobal iqtisadiyyata əhəmiyyətli təsir göstərə bilər.

Cənubi Çin dənizi

Cənubi Çin dənizindəki gərginlik Yaponiya və Çinə istehsal olunan məhsulların tədarükünə təsir edərək dəniz ticarət yollarını təhdid edə bilər.

Tayvan boğazı

Çin və Tayvan arasında gərginlik, genişmiqyaslı müharibə ehtimalı olmasa da, regionda geosiyasi qeyri-sabitlik yarada bilər.

Afrika buynuzu

Sudandakı vətəndaş müharibəsi, təhlükəli qrupların mövcudluğu və regionda siyasi qeyri-sabitlik potensial gərginlik nöqtələri yaradır.

Cammu və Kəşmir

Hindistan və Pakistan arasında qlobal iqtisadiyyat üçün ciddi risklər yaradan uzunmüddətli münaqişənin episentri.

Venesuelanın ərazi iddiaları

Venesuelanın Qayanaya qarşı ərazi iddialarının mümkün həyata keçirilməsi Cənubi Amerikada gərginliyə səbəb ola bilər.

Konqo Demokratik Respublikası

Humanitar yardıma ehtiyacı yüksək olan ölkə davamlı münaqişələr və fəlakətlərlə üzləşə bilər.

Efiopiyada vətəndaş müharibəsinin davamı

Efiopiyada münaqişənin genişlənməsi humanitar böhranı dərinləşdirə bilər.

Nigerdə humanitar fəlakət

Nigerdə davam edən problemlər mülki əhali üçün təhlükə yaradır.

Somali

Hökumət qüvvələri ilə “Əl-Şəbab” arasında davam edən döyüşlər vəziyyəti daha da pisləşdirə bilər.

Mali

Malidə münaqişənin genişlənməsi mülki əhaliyə dəyən zərəri artıra bilər.

Myanmada hərbi münaqişə

Birmada hərbi münaqişənin davam etməsi regionda sabitliyə təhlükə yaradır.

Burkina Faso

2022-ci il hərbi çevrilişinin nəticələri yeni hərbi toqquşmalara səbəb ola bilər.

Sudanda vətəndaş müharibəsi

Sudanda davam edən daxili münaqişələr sabitlik və təhlükəsizliyə təhdid yaradır.

2024-cü ildə qlobal siyasətdə qeyri-müəyyənlik şəraitində mümkün problemlərə hazırlaşmaq və qlobal sabitliyə təsir edə biləcək geosiyasi hadisələrə qarşı ayıq qalmaq vacibdir.  

Xəbər lenti