IMG-LOGO

Bakıda evdən meyit tapıldı

07 Jan 2024 16:51 153 baxış
IMG

Bakıda evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Mənbə: lent.az

Xəbər lenti