Çoxsaatlıq leysan genişmiqyaslı işıq kəsilməsindən sonra Kubada elektrik enerjisinin verilişinin bərpasını çətinləşdirib.
"Report" Kuba Dövlət Energetika Şirkətinin (UNE) bəyanatına istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən şəbəkənin işində yeni nasazlıqlar yaranıb və bu da ona qoşulmuş generasiya güclərinə təsir göstərib.
UNE-dən qeyd edilib ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.
Xatırladaq ki, ötən gün Kubada yenidən enerji sisteminin tamamilə kəsilməsi baş verib. Son aylar ölkə neft tədarükünün çatışmazlığı və iqtisadi böhran fonunda energetika sahəsində ciddi problemlərlə üzləşir. İyul ayında adada 10 gündən az müddətdə üç genişmiqyaslı elektrik kəsilməsi baş verib.
Mənbə: report.az