IMG-LOGO

Bu gün "Terrorsuz Türkiyə" tənzimlənməsinin imzalanması gözlənilir

04 Aug 2026 06:43 4 baxış
IMG

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Böyük Millət Məclisi (TBMM) Qrup Sədrliyi terrorun sona çatdırılmasına yönəlmiş prosesin hüquqi infrastrukturunu formalaşdıracaq "Çərçivə Qanun Təklifi"ni deputatların imzalaması üçün TBMM-ə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Təklifin bu gün saat 17:00-a (Bakı vaxtı ilə 18:00) qədər bütün deputatlar tərəfindən imzalanması gözlənilir.

İmza prosesinin tamamlanmasının ardınca təklifin qısa müddət ərzində TBMM Sədrliyinə təqdim edilməsi və komissiya mərhələsinə keçidi nəzərdə tutulur.

Sözügedən "Çərçivə Qanun Təklifi"nin, terrorla mübarizədən sosial inteqrasiyaya qədər geniş bir spektrdə hüquqi təminatlar və tətbiq əsaslarını ehtiva etməsi gözlənilir.

Prezident Rəcəb Tayyib Ərdoğanın "mənzilə çatmaq üzrəyik" mesajı ilə işarə etdiyi prosesin ən önəmli hissəsini təşkil edən bu tənzimləmə ilə Türkiyənin terror gündəmindən tamamilə çıxarılması hədəflənir.

Xatırladaq ki, TBMM sədri Numan Kurtulmuş qanun layihəsinin qəbulundan sonra Türkiyədə silahlı qarşıdurma dövrünün başa çatacağını, terror təşkilatlarının ləğv oluanacağını bildirib.

Mənbə: report.az

Xəbər lenti