IMG-LOGO

Efiopiyada torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb

04 Aug 2026 06:17 4 baxış
IMG

Efiopiyanın şimalındakı Amhara regionunda torpaq sürüşməsi nəticəsində azı 14 nəfər həlak olub, yeddi nəfər ağır yaralanıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə bazar ertəsi Müqəddəs Məryəmin Tsadkane Debre Mitmak monastırı yaxınlığında qeydə alınıb.

Fəlakətin səbəbi dağ süxurlarının uçmasına gətirib çıxaran şiddətli yağışlar olub. Həmin vaxt müqəddəs su ilə yuyunma ayinini icra etmək üçün monastırın yaxınlığına yüzlərlə dindar toplaşıb.

Zərərçəkənlər Debre-Birhan şəhərinin xəstəxanalarına çatdırılıblar. Dağıntılar altında qalanlar var və bununla əlaqədar olaraq axtarış-xilasetmə işləri davam etdirilir.

Mənbə: report.az

Xəbər lenti