Rusiya qoşunları avqustun 4-də gecə saatlarında Sumı şəhərinin mülki infrastrukturuna idarəolunan aviabombalarla zərbə endirib.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.
Onun sözlərinə görə, Kovpakovsk rayonunun üç hissəsinə zərbələr qeydə alınıb. Fərdi yaşayış sektoru və infrastruktur obyektləri bombalanıb.
Hücum nəticəsində bir nəfər həlak olub, xəsarət alanlar var. Zərbənin fəsadları barədə məlumat dəqiqləşdirilir.
Qriqorov yeni hücum təhlükəsinin qaldığını qeyd edərək, şəhər sakinlərini təhlükəsiz yerlərdə qalmağa çağırıb.
Mənbə: report.az