IMG-LOGO

UKMTO: Oman sahillərində yük gəmisinə mərmi dəyib

04 Aug 2026 07:35 4 baxış
IMG

Oman sahillərində yük gəmisinə naməlum mərmi dəyib.

"Report" Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinə (UKMTO) istinadən xəbər verir ki, hadisə Əl-Xəsəb şəhərinin şimal-şərqində qeydə alınıb.

"UKMTO Omanın Xəsəb şəhərindən 20 dəniz mili (təxminən 37 km) şimal-şərqdə baş vermiş hadisə barədə məlumat alıb. Yük gəmisinə naməlum mərminin dəydiyini bildirib", - məlumatda qeyd olunur.

Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.

Mənbə: report.az

Xəbər lenti