"Barselona"nın baş məşqçisi Xavi türk əsilli almaniyalı yarımmüdafiəçi İlkay Gündoğanın komanda üçün əhəmiyyətindən danışıb.
“O, komandaya çox şey gətirir. Keçən gün çətin bir anda hər şeyi tərsinə çevirdiyini gördük. O, "Barselona"nın fərdiliyini önə çəkənlərdəndir. O, həmişə müsbət münasibətdədir və onu göydən gələn hədiyyə adlandırmaq olar. Gündoğanın performansı çox yaxşıdır”, - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Xavi bildirib.
33 yaşlı futbolçu bu mövsüm La Liqada 19 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.