IMG-LOGO

Azərbaycanlı yeniyetmə İstanbulda faciəli şəkildə öldü

07 Jan 2024 13:11 203 baxış
IMG

Türkiyədə Azərbaycan vətəndaşı faciəli şəkildə ölüb.

Lent.az xəbər verir ki, 16 yaşlı Həmzə Ələddin oğlu Həmzəyev İstanbulda motosiklet qəzasında dünyasını dəyişib. 

Bu barədə yeniyetmənin yaxınları sosial şəbəkələrdə paylaşım edib. 

Həmzə Həmzəyevin cənazəsi Naxçıvana gətirilib və doğulduğu Sədərək rayonunda dəfn edilib.

Mənbə: lent.az

Xəbər lenti