IMG-LOGO

Hollivudun yeni qorxulu filmi - Baş rolda Mikki Maus oynayır

07 Jan 2024 11:10 57 baxış
IMG

Hollivud rejissoru və prodüsseri Stiven LaMorte hər kəsin sevimli Disney personajı Mikki Mausu qorxu filmində istifadə edəcək. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, gələcək filmin ilk treyleri yayılıb.

LaMortenin ssenarisinə əsasən, sadist siçan bir qrup diqqətsiz bərə sərnişinini təqib edəcək. Çəkilişlərin 2024-cü ilin yazında başlaması planlaşdırılır.

Bir neçə il əvvəl Vinni Puh obrazı da qorxu filmində istifadə olunub.  

 

Mənbə: lent.az

Xəbər lenti