İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis qaçqın düşərgəsində binanı atəşə tutması nəticəsində 17 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Ölənlərdən 12-si uşaqdır.
Onlarla insan yaralanıb. İsrail hərbçiləri çoxlu sayda qaçqının yaşadığı evi hədəfə alıb.