IMG-LOGO

Fransada qadınlar dikdaban ayaqqabıdan İMTİNA ETDİLƏR - SƏBƏB

06.01.2024 18:35 71 baxış
IMG

Dünyanın moda paytaxtı Parisdə fransız qadınlar indi dikdaban ayaqqabılardan imtina edirlər. Demək olar ki, hər qadının üstünlük verdiyi dabanlı ayaqqabılara Fransada artıq üstünlük verilmir. 

Lent.az xəbər verir ki, bu barədə “The Economist” qəzetində məlumat verilib.

Xəbərə görə, fransız qadınlar indi ikonik dabanlı ayaqqabılarından imtina edirlər. Bu ayaqqabılardan imtina pandemiya ilə başlayıb. Bütün dünyanın pis günlərdən keçdiyi pandemiya dövründə, iş mühiti dəyişdikcə və evdən işləmək adiləşdikcə fransız qadınları daha rahat və idman geyimləri geyinməyə üstünlük veriblər.

Parisdə bir ayaqqabı mağazasının müdirinin hündürdaban ayaqqabı satıb-satmadığını soruşduqda o, yuxarı rəflərdə hündürdaban ayaqqabıların məhdud sayda olduğunu göstərərək, satışın olmadığını bildirib. Başqa bir mağazanın köməkçisi “Qadınlar indi rahatlıq istəyirlər. Əhəmiyyətli olan odur ki, dəbli paltarla düz qalın çəkmələr geyinə və yenə də qəşəng qala biləsən” deyə cavab verib.

İlk dəfə hündürdaban ayaqqabı nə zaman geyinilib?

Hündürdaban ayaqqabılar fars sivilizasiyasında tarixin ilk dövrlərində meydana çıxan və bugünkü modaya ilham verən ayaqqabı növləridir. 10-cu əsrdə fars sivilizasiyasının böyük ordusu vardı və bu ordunun bir hissəsi atlı əsgərlərdən ibarət idi. Atlı əsgərlər atın üzərində daha rahat hərəkət etmək və ayaqlarını üzəngilərdə bərkitmək üçün hündürdaban ayaqqabı geyinirdilər. Orta əsrlərdə kişilər, xüsusən də atlıların ayağa qalxmasına kömək etmək üçün hündürdaban ayaqqabı geyiniblər. Bundan əlavə, daban nə qədər yüksək olarsa, geyinən şəxs bir o qədər vacib hesab olunurmuş.

Fransız İnqilabından sonra İntibah və Maarifçilik dövrünün təsiri ilə dikdaban ayaqqabılar qadın moda elementi kimi görünməyə başlayıb və buna görə də kişilər dikdaban ayaqqabı geyinməyi dayandırıblar.

19-cu əsrin ikinci yarısında dikdaban ayaqqabılar diqqət çəkməyə və yenidən istifadə olunmağa başlayıb. Bu dövrdə mexanikləşdirmə yolu ilə inkişaf etdirilən kino sənayesi də hündürdaban ayaqqabıların daha çox tanınmasına və istifadəsinə öz töhfəsini verib. 1980-ci illərdə moda dünyasını silkələyən Madonna, David Bovie və bir çox digər ikonik adların istifadə etdiyi hündürdaban ayaqqabılar onları bütün dünyada məşhur edib.

Fransız dizayner Roger Vivier 1954-cü ildə dizayn etdiyi aiguille (iynə) dabanlı stilettolarla moda dünyasında yeni bir çığır açdı.

Xəbər lenti