Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Nikita Xruşşovun nəvəsi Aleksey Adjubey Moskvada vəfat edib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, 69 yaşlı təqaüdçü ilə əlaqə saxlamaya bilməyən tanışı narahat olub və təcili yardım çağırıb. Ancaq həkimlərin üzünə qapını heç kim açmayıb.
Bundan sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Qapı açılanda məlum oldu ki, Nikita Xruşşovun nəvəsi ölüb.