IMG-LOGO

Polis 9 tona yaxın kokaini müsadirə etdi

06.01.2024 03:43 50 baxış
IMG

Boliviyanın hüquq-mühafizə orqanları ölkə tarixində ən böyük miqdarda - 8,7 ton kokaini müsadirə edib.

Lent.az xəbər verir ki, bu barədə Boliviya Prezidenti Luis Arse “X” sosial şəbəkə hesabında məlumat verib.

“Biz Boliviya xalqına və beynəlxalq ictimaiyyətə bildiririk ki, Niderlanda göndəriləcək 8,7 ton kokaini müsadirə etdik”, – deyə dövlət başçısı yazıb. Onun qeyd etdiyinə görə, bu, Boliviya tarixində ən böyük narkotik müsadirəsidir.

Boliviya Prezidentinin sözlərinə görə, ələ keçirilən yükün dəyəri 526 milyon dollar qiymətləndirilir.

Boliviyanın daxili işlər naziri Karlos del Kastilonun sözlərinə görə, əməliyyat çərçivəsində yükün sahibi də daxil olmaqla 4 nəfər saxlanılıb. Yükün marşrutu Peru və Panamadan keçməli idi və oradan da Avropaya göndərilməsi planlaşdırılırdı.

Xəbər lenti