İranda Qasım Süleymaninin ölümünün 4-cü ildönümü münasibətilə keçirilən yürüş zamanı terror törətməkdə şübhəli bilinənlər saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi hadisənin baş verdiyi Kirman şəhərindəki çıxışında bildirib.
Onun sözlərinə görə, kəşfiyyat bölmələri tərəfindən terror aktını törədənlərin kimliyi müəyyənləşdirilib və onların bir neçəsi saxlanılıb.
Qeyd olunur ki, hadisə zamanı ölən 89 nəfərin 30-u uşaqdır.