IMG-LOGO

ABŞ BMT-nin etiraz etdiyi üsulla edamlara başlayır

05.01.2024 15:07 50 baxış
IMG

ABŞ ilk dəfə olaraq edam cəzasını azot qazından istifadə etməklə həyata keçirməyi planlaşdırır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, azot qazı ilə edam ediləcək ilk məhbus 58 yaşlı Kennet Smit olacaq. “Reuters” yazır ki, o, 1988-ci ildə sifarişli qətl törətməkdə təqsirli bilinib. Edamın yanvarın 25-də Alabama Ştat Penitensiarında həyata keçirilməsi planlaşdırılır. Məhkumun üzünə qaz balonuna qoşulmuş maska taxılacaq.

BMT ekspertləri ABŞ hakimiyyətini azot qazından istifadə etməməyə çağırır. Çünki bu edam üsulu məhbusu qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftara və hətta işgəncəyə məruz qoya bilər. BMT-nin dörd xüsusi məruzəçisi bəyanatında bu növ edamın işgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı beynəlxalq Konvensiyaya zidd olduğunu bildirib.

Xəbər lenti