Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 91-ə çatıb.
Lent.azxəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat veribnın məlumatları sübut edir.
Qeyd olunub ki, 179 nəfərin taleyi məlum deyil.
250-dən çox sakin xəsarətlər alıb.
Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Yanvarın 4-də xilasedicilər dağıntılar altında 72 saatdan çox qalan yaşlı qadını çıxarıblar.
Zəlzələdən ən çox İşikava prefekturası zərər görüb.
İlkin məlumata gör, təbiət hadisəsi zamanı 250-dən çox ev dağlıb, yanğınlar isə daha 200 binanı məhv edib.
Xatırladaq ki, yanvarın 1-də Yaponiyada 7,6 maqnitudalı zəlzələ olub, qərb sahillərini sunami vurub.