IMG-LOGO

Avropanın ən yaxşı 10 şəhəri

04.01.2024 14:47 59 baxış
IMG

2024-cü ildə köçmək üçün Avropanın ən yaxşı 10 şəhəri məlum olub.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ilk onluğa İsveçrə və Almaniyanın iki şəhəri daxil olub.

Sürix Avropada yaşamaq üçün ən yaxşı şəhər kimi tanınıb. Aİ-nin “Avropa Şəhərlərində Həyat Keyfiyyəti 2023” hesabatına əsasən, avropalıların təxminən 90%-i yaşadıqları şəhərdəki həyatdan məmnun olduğunu bildirib. Bundan əlavə, belə şəhərlər yaşlı insanlar, azyaşlı uşağı olan ailələr və miqrantlar üçün ən yaxşı hesab olunur.

2024-cü ildə köçmək üçün Avropanın ən yaxşı 10 şəhəri:

1. Sürix, İsveçrə (97% sakinlərin həyatından razıdır).

2. Kopenhagen, Danimarka (96%).

3. Qroningen, Hollandiya (96%).

4. Qdansk, Polşa (95%).

5. Leypsiq, Almaniya (95%).

6. Stokholm, İsveç (95%).

7. Cenevrə, İsveçrə (95%).

8. Rostok, Almaniya (94%).

9. Kluj-Napoka, Rumıniya (94%).

10. Braqa, Portuqaliya (94%).

Eyni zamanda, Qroningen, Braqa və Qdansk da miqrantlar üçün ən yaxşı sayılan on şəhər arasındadır. Bu göstərici üzrə ən yaxşılar siyahısına Kardiff (Böyük Britaniya), Lissabon (Portuqaliya), Barselona (İspaniya), Tyneside (Böyük Britaniya), Hamburq (Almaniya), Helsinki (Finlandiya) və Qlazqo (Böyük Britaniya) kimi şəhərlər də daxildir.

Xəbər lenti