Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə namizəd Ço Tae Yonq hesab edir ki, Şimali Koreya liderinin qızı Kim Ju E Kim Çen Inın varisi kimi hazırlanır.
Lent.az xəbər verir ki bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Ço Tae Kim Ju E-nin ictimaiyyət qarşısında çıxışı və ictimai tədbirlərdə ona olan hörmət səviyyəsinin təhlili əsasında bu qənaətə gəlib.
Agentliyin qeyd etdiyi kimi, bu, Cənubi Koreya kəşfiyyatı üçün Kim Ju E-nin rolunu belə qiymətləndirən ilk bəyanatdır. Eyni zamanda, Ço Tae Yon əlavə edib ki, kəşfiyyat heç bir variantı istisna etmir, çünki KXDR lideri hələ gənc və sağlamdır.
2023-cü ilin oktyabrında Cənubi Koreyanın birləşmə naziri Kim Yonq Ho deyib ki, Kim Ju E onun xalq qarşısında çıxışı ilə atasının yerinə keçə bilər. Təxminən 10 yaşında olduğu güman edilən Ju E ilk dəfə 2022-ci ilin noyabrında atası ilə birlikdə “Hwasong-17” qitələrarası ballistik raketinin buraxılışında iştirak edərkən ictimaiyyət qarşısına çıxıb.
Kim sülaləsinin üçüncü nümayəndəsi Kim Çen In 2011-ci ilin sonundan hakimiyyətdədir.