IMG-LOGO

Ailə toyda ikən beşotaqlı ev yandı

03 Jan 2024 20:12 131 baxış
IMG

Zaqatalada 5 otaqlı fərdi yaşayış  evi yanıb. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, yanğın hadisəsi axşam saatlarında rayonun Yeni Suvagil kəndində, kənd sakini Aydın Məmməd oğlu Ramazanova məxsus, ümumi sahəsə 150 kv/m olan  kürsülü 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və  şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. 

Yanğın baş verən zaman ailə üzvləri toy məclisində olublar.  

Faktla bağlı araşdırma aparılır.  

Mənbə: lent.az

Xəbər lenti