IMG-LOGO

Seutada ölən qanunsuz miqrantların sayı 94-ə çatıb

04 Aug 2026 11:46 4 baxış
IMG

Mərakeşdən İspaniyanın anklav şəhəri olan Seutaya daxil olmağa cəhd edərkən ölən qanunsuz miqrantların sayı 94-ə çatıb.

"Report" İspaniya mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd olunub ki, sərhədin kütləvi şəkildə keçilməsi zamanı Mərakeşdən Seutaya 50 mindən çox insan daxil olub.

Bundan əlavə, Mərakeşin Xarici İşlər Nazirliyi iddia edir ki, İspaniya tərəfi Seutaya mümkün qanunsuz miqrant axını barədə məlumatlandırılmışdı.

XƏBƏR YENİLƏNİR

Mənbə: report.az

Xəbər lenti