IMG-LOGO

Fidel Kastrodan bəxşiş alan Zaqatala sakini - VİDEO

03.01.2024 18:30 103 baxış
IMG

Türkiyəli bloqer Zaqatala rayonunun ucqar dağ kəndi olan Cimcimax kəndində olub.

Lent.az xəbər verir ki, bloqer kəndin 83 yaşlı sakini ilə həmsöhbət olub.

Söhbət zamanı kənd sakini maraqlı əhvalat danışıb. O bildirib ki, 22 yaşında Kubada hərbi xidmətdə olub.

Burada tibb məntəqəsində çalışarkən kubalı yaralı əsgəri müalicə edərək sağaldıb. Buna görə də, məntəqəyə gələn Kuba prezidenti Fidel Kastro ona təşəkkür edib və ona 400 peso verib. Bundan  əlavə, Kastro özünün möhürləri vurulan Bolqarıstan prezidetinin kitabını Cımcımax sakininə bağışlayıb.

Ətraflı məlumat üçün videonu izləyin:

Xəbər lenti